Yaponiya hökuməti Ukrayna üçün 262 generator verib

14:11 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yaponiya Ukraynaya 262 generator verib. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Yaponiya hökuməti çətin qış keçirən Ukrayna xalqını dəstəkləmək üçün 262 generatorla təmin etmək qərarına gəlib”, - nazirliyin açıqlamasında deyilir. Qeyd olunur ki, ötən ilin dekabrında 25 qurğunun verilməsindən sonra yanvarın 14-dən Ukraynaya 237 generator göndərilib.

XİN qeyd edib ki, generatorlar elektrik enerjisi, qaz və su təchizatı ilə məşğul olan şirkətlərə verilməli, enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilməlidir.