Yaponiya və NATO Rusiya-Çin hərbi əməkdaşlığın güclənməsindən narahatdır

16:25 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın baş naziri Fumio Kişida və NATO-nun baş katibi Yens Stoltenberq Tokioda keçirilən danışıqlardan sonra birgə bəyanat qəbul ediblər. Agentliyin məlumatına görə, tərəflər Rusiya və Çin arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə işarə ediblər.

Kişida və Stoltenberq bəyanatda deyiblər: “Biz Rusiya və Çin arasında artan hərbi əməkdaşlığı narahatlıqla qeyd edirik.

Qeyd edildiyi kimi, Şimali Atlantika Alyansının və xüsusilə Yaponiyanın narahatlığına regionda Rusiya-Çin əməkdaşlığının artması səbəb olur. Məsələn, söhbət tərəflərin Yaponiya ərazisi yaxınlığında birgə manevrlərindən, eləcə də iki dövlətin ümumi əməliyyatlarından gedir.

Oxunma sayı 93