YARAT Müasir İncəsənət Məkanı Muzey gününü qeyd edib

13:23 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

YARAT Müasir İncəsənət Məkanı Muzey gününü maraqlı və zəngin proqramla qeyd edib.

Hafta.az-ın məlumatına görə, iyunun 4-də bütün gün ərzində YARAT Mərkəzinin, XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyinin binaları, eləcə də bulvarın onlaraa bitişik ərazisi yaradıcı insanların tribunasına çevrildi.

YARAT Müasir İncəsənət Məkanı qonaqlar üçün ustad dərsləri, mühazirələr, tamaşalar, yoqa və meditasiya dərsləri, eləcə də açıq havada geniş konsertdən ibarət çox geniş proqram hazırlayıb.

YARAT-ın Təhsill layihələri departamentinin rəhbəri Ruqiyyə Salmanova Trend-ə bildirib ki, müxtəlif yaşda olan insanlar tədbirdə iştirak etməklə özləri üçün fərqli sahələr üzrə məşğuliyyətlər tapıb.

"Tədbirlərimiz səhər saat 9-da başlayıb, gecə 12-dək davam edib. Bu tədbirlər müxtəlif yaş kateqoriyalarından olan geniş auditoriya - həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Gün ərzində müxtəlif seminarlar, müzakirələr, konsertlər və digər tədbirlər keçirdik. Tədbirlər arasında, öncədən qeydiyyat tələb olunanlar tədbirlərlə yanaşı, sərbəst keçid olanlar da az deyildi. Ümumiyyətlə, gün ərzində 20-yə yaxın tədbir keçirildi”, - deyə o bildirib.

Muzey gününün proqramı qonaqların böyük marağına səbəb olub. Bütün dərslər və ustad dərsləri iştirakçılar üçün maraqlı və son dərəcə məlumatlı keçivb. Ustad dərslərinə rəhbərlik edən qonaqlar və müəllimlər YARAT-ın təşəbbüsünü yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində həm gənclərin, həm də yaşlı nəslin nümayəndələrinin qatıldığı güllərdən istifadə olunmaqla ikebana üslubunda kompozisiya qurma üzrə ustad dərsi keçirilib. Ustad dərsini Azərbaycanda tanınmış çiçəkçi Yaşar Qasımlı keçirib. Eyni zamanda Beynəlxalq Şokolad Akademiyasında (İsveçrə) Azərbaycandan olan səfir Rəna Alkanın şokolad sənəti üzrə ustad dərsi də böyük marağa səbəb olub.

“Kölgələr teatrı” adlı ustad dərsi təkcə uşaqlar arasında deyil, həm də onların valideynləri arasında böyük maraq doğurub. Böyüklər öz övladlarına kağızdan personajların fiqurlarını kəsməkdə və kölgə teatrının sehrini yaratmaqda məmnuniyyətlə kömək edirdilər.

Qeyd edək ki, Muzey gününün proqramına ustad dərsləri - Könül Kərimova ilə art-meditasiya; Leyla Qabulova ilə kölgə teatrı; Azər Məmmədli ilə qraffiti və fosfor sənəti; ikebana; şokolad sənəti; Nərgiz Osmanovanın rəhbərliyi ilə zumba; Ramina Boçarova ilə dulusçuluq; Müşfiq Heydərovla relyef heykəltəraşlığı. Bundan başqa, vizual sənət kimi fotoqrafiya mövzusunda panel müzakirəsi ; "Tet-a-tet orkestr: Həssas nağıllar" performansı; teatrlaşdırılmış tamaşa; “Muzeydə gecə" teatr performansı; Nərgiz Cəlilova və Ceyhun Əli ilə ünsiyyət; açıq havada konsert; Telman İbrahimovun mühazirəsi və digər tədbirlər daxil olub.

Oxunma sayı 122
Mədəniyyət rubrikasından digər xəbərlər