Yasamalda yaşayış binasında yanğın olub

14:55 11.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 119 m² olan 3 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.