Yaz sessiyasında təhsil krediti alanların sayı açıqlanıb

16:05 25.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan hafta.az-a verilən xəbərə görə, bu günə qədər yaz sessiyası dövründə 3342 tələbə kredit almaq üçün müraciət edib.

Bildirilib ki, 366 müraciət banka göndərilib, 695-i natamam olub, 416-sı emaldadır, 184 müraciətə isə imtina verilib.

"Yaz sesssiyasında bu günə qədər 1681 tələbəyə kredit verilib. Bunlardan 588-i sosial TTK, 1093-ü isə standart TTK üzrə rəsmiləşdirilib" - deyə qeyd olunub.