Yazıçılar Birliyinin Şuşada planlaşdırılan qurultayı təxirə salınıb - SƏBƏB

15:03 05.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə Yazıçılar Birliyinin növbəti qurultayının Şuşada keçiriləcəyi ilə bağlı xəbərlər çıxmışdı. Belə ki, bu təşəbbüslə Birliyin sədri Anar Prezident İlham Əliyevlə Şuşada görüşündə çıxış etmişdi. Prezident də təşəbbüsü müsbət qarşılamışdı. Lakin, daha sonra qeyri müəyyən səbəblərdən qurultayın keçirilməsi təxirə salındı.

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Məsələləri üzrə katibi İlqar Fəhmi qurultayın müxtəlif səbəblərdən təxirə salındığını bildirdi:

“Dəqiq bilmirəm, ancaq səhv etmirəmsə, Yazıçılar Birliyinin Şuşada təşkil ediləcək qurultayı hava şəraiti ilə bağlı hələlik təxirə salınıb. Bilirsiniz ki, bu ərəfələrdə yağışlar bir az çox oldu. Bir digər səbəb də pandemiya ola bilər. Vaxtı dəqiqləşdikdə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev ilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Şuşadakı görüşü və sözügedən dialoq avqust ayında baş tutub.

 

Oxunma sayı 206