Yeni Daşkənd Parisdən iki dəfə böyük olacaq - FOTO

15:09 10.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Yeni Daşkənd” layihəsi böyüklüyünə görə dünyanın ən böyük şəhərləri ilə müqayisə oluna bilər”.

Hafta.az yazır ki, bunu “Business Consulting Group”un direktoru Pavel Zolotaryov tikinti sənayesi üzrə beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Yeni Daşkəndin ümumi sahəsi Nyu Yorkdakı Manhettenə və ya iki Paris şəhərinə bərabər olacaq.

Zolotaryov həmçinin qeyd edib ki, Mərkəzi Asiya regionunda Yeni Daşkənd kimi daha 8 yeni şəhərin salınması planlaşdırılır. Onların tikintisi 10-20 il ərzində başa çatdırılacaq.

Yeni Daşkənddə dünyanın ən hündür fəvvarələrindən birinin də yerləşdirilməsi planlaşdırılır. Hündürlüyü 232 metr olan bu fəvvarə bu ilin avqustunda istifadəyə veriləcək.

“Şəhərin tikintisi sürətlə davam edir və sakinlərin ilk qrupları 2026-cı ilin dekabrında yeni şəhərə köçə bilər. İlkin mərhələdə çətin həyat vəziyyətində olanlar və dövlət müəssisələrində çalışanlar yerləşdiriləcək”, - “Yeni Daşkənd” Direktorluğunun nümayəndəsi Azizbek Omonov deyir.