Yeni nazir iki qadın tərəfindən TƏCAVÜZDƏ İTTİHAM OLUNUR

15:20 24.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransada iki qadın əlilliyi olan şəxslərlə iş üzrə yeni təyin olunmuş fiziki qüsurlu nazir Damien Abadın onlara təcavüz etdiyini iddia edib.

Hafta.az bildirir ki, Fransada ötən həftə qurulan yeni hökumətdə naziri vəzifəsinə təyin edilən Damien Abad haqqında zorlama iddiaları gündəmə gəlib.

Fransa xəbər saytına müsahibə verən iki qadın Abadın 2010 və 2011-ci illərdə onları cinsi əlaqəyə məcbur etdiyini iddia edib.

Saytdakı xəbərdə 2017-ci ildə Abaddan polisə qadınlardan birinin şikayət etdiyi, lakin sübut olmadığı üçün heç bir tədbir görülmədən işin bağlandığı bildirilib.

Nazir Abad qadınları zorladığı xəbərini təkzib edib. İddialarla bağlı açıqlamasında Abad, “Mənə qarşı cinsi zorakılıq ittihamlarını qətiyyətlə rədd edirəm. Həyatım boyu yaşadığım bütün münasibətlər həmişə qarşılıqlı razılıq əsasında olub” deyib.

Fiziki cəhətdən qüsurlu olan Abad, Artrogripoz adlı xəstəliyə görə cinsi zorakılıq etməsinin qeyri-mümkün olduğunu və qarşılıqlı razılıq olmadan cinsi əlaqənin mümkün olmadığını bildirib.

Oxunma sayı 418