Yeni qan qrupu kəşf edildi!

10:20 24.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər fransız qadının qanında qeyri-adi anticisim aşkar edərək yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar.

Hafta.az-ın yazdığına görə, 2011-ci ildə elm adamları adi yoxlama zamanı Fransa tərəfindən istismar edilən Qvadelupa əsilli qadının bədənində qeyri-adi anticisim aşkar ediblər. Müayinələr nəticəsində dünyada yalnız bu qadının qanında aşkar edilən antikorla yanaşı yeni qan qrupunun da aşkar edildiyi açıqlanıb.

Bu qanı daşıyan yeganə şəxs kimi tarixə düşən və adı açıqlanmayan qadının qan qrupu "Qvada mənfi" adlandırılıb və bu ayın əvvəlində Beynəlxalq Qanköçürmə Assosiasiyası tərəfindən rəsmən tanınıb.

Qan qrupundakı fərqi ortaya qoyan elm adamları 2019-cu ildə DNT ardıcıllığını ortaya çıxararaq həmin qadının həm anasından, həm də atasından aldığı genlərin mutasiyaya uğradığını müəyyən ediblər.

Fransa Qan İnstitutu qadını müayinə edərkən, onun heç kimə qan verə və heç kimdən qan ala bilməyəcəyi aydın olub.