Yazını böyüt
Yazını kiçilt
Yeni Zelandiyada Leyboristlər Partiyasının rəhbəri seçilən Kris Hipkins ölkənin yeni hökumət başçısı kimi and içib. Bu barədə “İnterfaks” xəbər verir.
Hipkins daha əvvəl gözlənilmədən istefa verdiyini elan edən Casinda Arderni əvəz edəcək.
Bir gün əvvəl Ardern baş nazir kimi son dəfə ictimaiyyət qarşısında çıxış edərək deyib ki, ən çox darıxacağı şey insanlardır, çünki onlar "işin sevinci"dir.
Hipkins, Leyboristlərin lideri seçildikdən sonra deyib: "Mən özümü enerjili və həvəsli hiss edirəm, işə başlamağı səbirsizliklə gözləyirəm."