Yerə çəkisi 18 min tona yaxın olan asteroid düşəcək

10:05 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

Hafta.az xəbər verir ki, bu haqda Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytı yazıb. Məlumata görə, rus alimmləri 2095-ci ilin aprelin 5-də Yerə yaxınlaşacaq və çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxın olan asteroidə "UL17" adı verilib.

Asteroidin Yerlə toqquşma ehtimalı 0,02 faiz təşkil edir.