Yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib

17:06 02.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, yanvarın 2-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini  S.Baxşıyev idarə etdiyi “Runna” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Əkbərova məxsus “QAZel” markalı avtomobilə vurub. S.Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.