Yoluxma sayı 5 faizə qədər artıb - Yaqut Qarayeva

15:14 26.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son zamanlarda pozitiv nəticələrin payı 5 faizə qədər yüksəlib.

Hafta.az-ın məlumatına görə, bunu Operativ Qərargahın növbəti brifinqində TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, qeyri-iş günlərində bəzi hallarda yolxma sayı aşağı düşür, bu da test nəticələri ilə əlaqədardır. Lakin bu rəqəmlər bizi aldatmamalı, daim diqqətli olmalıyıq: "30-39 yaşlarda yoluxmanın yüksək olduğunu görürük. Cins nisbəti də təxminən eynidir. Ən çox yoluxma Bakıda, Binəqədi rayonundadır".