Yük maşını ağaca çırpılıb, xəsarət alan var

10:50 02.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcəbədi rayonunun Hacıbədəlli kəndində “Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.