Yunanıstanı son 44 ilin ən uzun isti dalğası vurdu

10:20 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yunanıstan son 44 ilin ən uzun isti dalğasını yaşayıb. Belə bir vəziyyətin sonuncu dəfə 2023-cü ilin iyul ayında 15 gün davam edən isti dalğası ilə yaşandığını bildirən ekspertlər, ekstremal hava şəraitinin əsas səbəbinin iqlim dəyişikliyi olduğunu qeyd ediblər.

Hafta.az-ın yazdığına görə, ölkədə istilərin təsirli olduğu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşların müdafiəsi üçün müxtəlif tədbirlər həyata keçirmişdi. O cümlədən, işçilərə 40 dərəcədən yuxarı temperaturda evdən işləmək imkanı verilib.

Parthenon məbədinin yerləşdiyi Akropol həddindən artıq istilər səbəbindən saat 12.00-17.00 arasında ziyarətçilərə bağlanıb, açıq havada tikinti, kuryer xidmətləri və məhsul daşınması kimi işlərin dayandırılmasına qərar verilib. Bu qaydalara əməl etməyən işəgötürənlərin hər işçi üçün 2 min avro cərimələnəcəyi açıqlanıb.