Yuxarı Şirvan kanalında batan şəxsin meyiti tapıldı

15:00 04.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

03.09.2023-cü il tarixində Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.