Zakir Həsənov Monitorinq Mərkəzinin rəhbərini qəbul edib

11:53 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.

Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Siyasət rubrikasından digər xəbərlər