Zakir Həsənov Türkiyəyə gedib

14:14 30.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Türkiyə Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Siyasət rubrikasından digər xəbərlər