Zaqatalada 4 otaqlı ev yanıb

13:14 27.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Lahıc kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.