Zaqatalada hərbçi nişanlısının evində öldü

18:00 31.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib.

 

Hafta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

 

Məlumata görə, hərbi qulluqçu, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov ürəktutmadan dünyasını dəyişib.

 

Bildirilib ki, M.Cindarov Zaqatalaya məzuniyyətə gəlibmiş. Belə ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub.