Zaqatalada itkin düşmüş Bakı sakinləri tapılıblar

21:00 24.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada itkin düşmüş Bakı sakinləri tapılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, dünən səyahət məqsədilə gəldikləri Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyyə olunublar.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.