Zəfər Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək

11:47 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bütün Qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik".

Hafta.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib.

Valeh Hacıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək:

“Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”.