Bakıda kirayə qaldıqları mənzildə zəhərlənən 6 tələbə qızdan daha biri evə buraxılıb.
Hafta.az bildirir ki, daha öncə 4 nəfər evə buraxılmışdı.
Hazırda 1 tələbə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir.
---------
09:25
Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
Hafta.az Trend-ə istinadən bildirir ki, digər iki qız müalicələrini davam etdirir.
Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
----------
09:06
Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib. Onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib".
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.