Zelenski Timoşenkonu qovdu

11:44 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident Vladimir Zelenski daha əvvəl Telegram kanalında istefa verməsini xahiş edən bəyanat yayan prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenkonu işdən çıxarıb.

"Timoşenko Kirilo Vladlenoviç təqdim etdiyi ərizəyə əsasən Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini vəzifəsindən azad edilsin", - "Ukrayinska Pravda" sərəncamdan sitat gətirir.

Nə Zelenski, nə də Timoşenko, əvvəllər Ukrayna mətbuatının elan etdiyi istefanın səbəbini hələ izah etməyiblər.