Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına ümid etdiyini bildirib. O, bu barədə İsveçin baş naziri Ulf Kristersson ilə onlayn görüşdən sonra öz Telegram kanalında məlumat verib.
“Biz gözləyirik ki, İsveçin Aİ Şurasına sədrliyi çərçivəsində biz Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlaya biləcəyik. Bu, ordumuz və cəmiyyətimizin ümumi istəyi üçün güclü motivasiyadır”, - bəyanatda deyilir.
Zelenski həmçinin Kristerssonu şəxsi görüş zamanı dialoqu davam etdirmək üçün Kiyevə dəvət edib.