Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya sülh istəmir, Avropanı qorxutmaq üçün yeni yollar axtarır.
Hafta.az bildirir ki, prezident bunu Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
"Bu gün biz sülhü bərpa etmək üçün müxtəlif tərəflər tərəfindən həyata keçirilən diplomatik səylər mövzusuna toxunduq. Hamı görür ki, bütün bu səylərə yeganə maneə Rusiyanın real danışıqlara və sülhün bərpasına yönəlmiş real hərəkətlərə hazır olmamasıdır. Rusiya bunu edir. Biz burada, Mariinski sarayında olduğumuz bu anlarda rus qoşunları Donbassda qəddar hücumlarını davam etdirir, Xarkov vilayətində qruplaşmalarını gücləndirir, Ukraynanın cənubunda mövqelərini gücləndirir”, - o vurğulayıb.
Zelenski vurğulayıb ki, təcavüzkar dövlət sülhün alternativinin olmadığını anlamalı və sülh axtarmağa başlamalıdır.
"Bu arada, biz hamımız görürük və bu gün hava hücumu sireninin səsi eşidilir - Rusiya Avropanı qorxutmaq və daha çox torpaqlarımızı ələ keçirmək üçün yeni yollar axtarır", - dövlət başçısı bildirib.