Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenski "Donetsk və Luqansk Xalq Respublikalarının" Kiyevin Donbasdakı qoşunlarını çıxarmaq çağırışlarını şərh edərkən deyib ki, Kiyev onların nümayəndələri ilə əlaqə saxlamır.
Hafta.az xəbər verir ki, bundan əvvəl "LXR parlamentinin sədr müavini" Dmitri Xoroşilov bildirmişdi ki, "Luqansk Xalq Respublikası" Ukraynanı qoşunlarını Luqansk vilayətindən könüllü olaraq çıxarmağa çağıracaq, əks halda onlar tədbir görəcəklər.
“Biz onlarla əlaqə saxlamırıq, onların kim olduğunu başa düşmürük” deyən Zelenski çərşənbə axşamı Donbassdan silahların çıxarılması ilə bağlı müraciətlərə münasibət bildirərkən deyib.