Zelenskidən sərt bəyanat - "Ukrayna Putinlə..."

18:48 30.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Vladimir Putinlə birgə mövcud olmaq barədə razılaşmaq mümkün deyil, Ukrayna başqa bir Rusiya prezidenti ilə dialoq aparacaq.

Hafta.az bildirir ki, bu barədə dövlət başçısı “Facebook” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

Prezident bu gün Ali Baş Komandanın Qərargahının iclasını keçirdiyini və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yenicə başa çatdığını bildirib.

Xüsusilə, Zelenski aşağıdakı qərarların qəbul edildiyini bildirib:

"Birincisi, yalnız Ukraynanı gücləndirmək və işğalçıları bütün ərazimizdən qovmaq yolu sülhü qaytarır. Biz bu yolla gedəcəyik", - Zelenski vurğulayıb.

"İkincisi, Ukrayna danışıqlar səylərində lider olub və qalır. Məhz bizim dövlət Rusiyaya həmişə bərabərhüquqlu birgəyaşayış haqqında razılığa gəlməyi təklif edib və danışıqlarda lider olaraq qalır. Rusiyaya həmişə razılaşmağı təklif edən bizim dövlətimizdir. Bərabər, vicdanlı, layiqli və ədalətli şəraitdə birgəyaşayış haqqında. Aydındır ki, bu Rusiya prezidenti ilə bu mümkün deyil”, - deyə Zelenski bildirib.

“Biz artıq başqa bir Rusiya prezidenti ilə dialoqa hazırıq”, - deyə Zelenski vurğulayıb.

Oxunma sayı 2373