“Zəlzələdən sonra 762 milyard lirə büdcə ilə tikintiyə başladıq” – Cevdət Yılmaz

09:44 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Kahramanmaraş zəlzələsindən sonra 762 milyard lirə büdcə ilə mənzil inşaatları tam gücü ilə davam edir. Hesab edirik ki, oktyabr ayında insanlara mənzillərin paylanılmasına başlayacağıq”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Qaziantepin Nurdağı rayonunda keçirilən Fəlakət Koordinasiya Yığıncağına qatılan Prezidentin köməkçisi Cevdət Yılmaz deyib. O bildirib ki, Qaziantepdə tikilməkdə olan 19 min ev ən qısa zamanda tamamlanacaq, Nurdağı və İslahiyədə də oktyabr ayında təhvil alınan evlər öz sahiblərinə veriləcək.

Zəlzələdən sonra dövlətin yüksək səviyyədə reaksiyasına toxunan Yılmaz, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bölgədə bütün nazirlik və qurumların fəal şəkildə çalışdığını xatırladıb. O, zəlzələnin mənfi təsirlərinə qarşı qubernatorluqların, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının böyük səylər göstərdiyini də vurğulayıb.

Fevralın 6-da baş verən bu dağıdıcı zəlzələlərin sıradan olmadığına diqqət çəkən Yılmaz, "Bu zəlzələlər 11 vilayətə və 14 milyon vətəndaşımıza birbaşa təsir etdi. Bizim mərkəzi büdcəmizdə təkcə zəlzələ üçün 762 milyard lirə ayrıldı. Yerli idarələri, SGK, İŞKUR və digər xərclər də nəzərə alındıqda, yalnız bu il zəlzələ ilə əlaqədar xərclər üçün təxminən 1 trilyon lirə xərclənəcək. Bu xərc dünyanın ən inkişaf etmiş ölkələri üçün belə böyük rəqəmdir. Ancaq ölkəmiz bu çətinliyin öhdəsindən birlikdə gələcək" deyib.

Siyasət rubrikasından digər xəbərlər