Avropa İttifaqı son 6 ildə zeytun yağı sənayesində fırıldaqçılıq hallarının record səviyyədə artdığını bildirib. Qeyd olunub ki, bu ilin birinci rübündə 182 fırıldaqçılıq hesabatından 54-ü İtaliyadan, 41-i İspaniyadan, 39-u Yunanıstandan gəlib.
Hafta.az-ın yazdığına görə, artan inflyasiya və zeytun yağının qiymətinin yüksəlməsi Avropa İttifaqında zeytun yağı böhranına səbəb oldu.
“The Guardian” qəzetindəki xəbərə görə, zeytun yağının qiyməti 2018-ci ildən bəri 100 faizdən çox artıb. İqlim böhranı nəticəsində yaranan əlverişsiz hava şəraiti digər amillərlə yanaşı istehsala da mənfi təsir göstərib. Qiymət artımı ilə paralel olaraq, Aİ daxilində müvafiq orqanlara ittifaq hüdudlarından kənardan edilən bildirişlərin sayında da artım müşahidə olunub. Hesabatlara yalnış məlumatlar, potensial fırıldaqçılıq və çirklənmiş yağlarla bağlı təhlükəsizlik hadisələri daxildir.
2018-ci ilin ilk üç ayında Avropa İttifaqı yalnız 15 belə hadisəni sənədləşdirdi, halbuki 2023-cü ildə Aİ fırıldaqçılıq və ittifaq qaydalarına əməl edilməməsi ilə bağlı 182 bildiriş alıb.
Hesabatda zeytun yağlarının müxtəlif qadağan olunmuş maddələrlə, o cümlədən pestisidlər, mineral yağlar və şüşə qırıqları ilə çirklənməsi halları təfərrüatlı şəkildə göstərilib. Bundan əlavə, çox sayda hallar sənədləşdirilib, o cümlədən əlavə soyuqsıxım zeytun yağlarının aşağı keyfiyyətli yağlarla saxtalaşdırılması, rafinə olunmamış zeytun yağı etiketlərindən istifadə edilməsi ortaya çıxıb.
Fevralda Almaniya, İsraildən gələn "lampante yağının" soyuqsıxım zeytun yağı adı altında satıldığını bildirib. “Lampante yağı” insan istehlakı üçün yararsız hesab edilir və əlavə emal olunmalıdır. Martda Almaniya Niderlanddan tranzit keçərək Suriya mənşəli olduğu iddia edilən zeytun yağının saxta etiketlənməsi hadisəsi barədə məlumat yayıb.