Ziyad Səmədzadə nüfuzlu təşkilata fəxri üzv seçilib

13:40 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

AMEA-nın həqiqi üzvü, millət vəkili Ziyad Səmədzadə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası tərəfindən yüksək mükafata layiq görülüb.

Hafta.az-ın yazdığına görə, ATMİA-nın icraçı direktoru Şahanə Sarı ilə görüşü zamanı Z.Səmədzadə ölkə iqtisadiyyatının inkişafında tikinti materialları sektorunun önəmli yer tutduğunu vurğulayıb: “Məmnunluq hissi ilə qeyd etməliyəm ki, son illərdə prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu sahədə də müsbət meyllərini göstərməkdədir. ATMİA bu sektorda fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın genişlənməsi, onları öz ətrafında daha dinamik əsaslarla, daha keyfiyyətli, daha işgüzar şəkildə birləşdirən assosiasiyadır. Ümidvaram ki, birlik bundan sonra da Azərbaycanın iqtisadi tərəqqisinə, sənayemizin şaxələnməsinə böyük töhvələr verəcək”.

ATMİA-nın fəxri üzvü beynəlxalq status daşıyır. Belə ki, mükafat yalnız Azərbaycanın deyil, dünyanın tanınmış iqtisadçılarına, inşaat sahəsində mütəxəssislərinə, diplomatik sektorun nümayəndələrinə təqdim olunur.