İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsinin İranla silahlı qarşıdurmasının "an məsələsi" olduğunu və bunun uzaqda olmadığını irəli sürüb.
Hafta.az xəbər verir ki, Walla News xəbər saytına verdiyi açıqlamada Liberman, İsrail və İran arasındakı gərginliyi qiymətləndirib.
2015 -ci ildə imzalanan nüvə anlaşmasının yenilənməsi üçün İranla planlaşdırılan danışıqlara toxunan Liberman, "Heç bir diplomatik proses və ya razılaşma İranın nüvə proqramını dayandıra bilməz" deyib.
Açıqlamalarında İranı hədəf alan Liberman, "İranla qarşıdurma yalnız zaman məsələsidir və bu uzaqda deyil" - deyə fikirlərini tamamlayıb.
Oktyabrın 18 -də İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərdə, İsrail rəhbərliyinin İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1,53 milyard dollar) ayırdığı iddia edildi.