"Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə olunsun".
Bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.
Bəs bu meşələr hansı ərazilərdə salınacaq və əkinəyararlı torpaqların zəbt olunması problemi yaşanacağmı?

Hafta.az-a sualımızı şərh edən ekoloq Telman Zeynalov dedi ki, Abşeronda neftlə çirklənmiş, deqredasiya olmuş torpaqlarda meşələr salınacaq:
“Məqsəd torpaqların həm də rekultivasiya etməkdir. Digər müsbət tərəfi odur ki, sənaye məqsədi üçün salınır. Xarici ölkələrdən asıllığı azaltmış olacaq. Heç bir mənfi tərəfi yoxdur. Hələlik Abşeron yarımadası üçün bu işlər nəzərdə tutulur”.