"Altın Kelebek" Mükafatının təqdimatında "qəzzalı uşaqlar" mesajı

10:56 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

49-cu Pantene "Altın Kelebek" (Qızıl Kəpənək) Mükafatları ötən gecə öz qaliblərini tapıb.

Hafta.az-ın yazdığına görə, aparıcısı Cem Davran olan mərasim, "Klub" serialındakı roluna görə "Ən Yaxşı Uşaq Oyunçu" mükafatını alan Ada Erma və "Ən Yaxşı Musiqi Qrupu" mükafatını alan Madriqalın Qəzzada gedən müharibəyə dair mesajları ilə yadda qalıb.

Erma əlində çəkdiyi dünyanın rəsmini göstərərək səhnəyə çıxıb. Qəzzada həyatını itirən uşaqları yad edən Erma, “Bu gün elimdə bir dünya ilə gəldim. Bu dünya sizin bildiyiniz dünyadan çox fərqlidir. Bu dünya yaşıldır. Okeanlar dərin və mavidir. Uşaqlar yaşıl küçələrdə sərbəst qaçır və heyvanlarla əylənirlər. Müharibə, zorakılıq yoxdur. Heyvanlar azaddır, qadınlar güclüdür. Mən bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istərdim, amma bu dünyanı çəkən bütün uşaqlarla dünya daha da gözəlləşəcək, buna ürəkdən inanıram" deyib.

Gecəni Çağla Şikellə birlikdə aparan Cem Davran Qəzzaya dəstək mesajı da verib. Davran "Həyat belə davam edir. Gözəlliyi də budur, amma unutmayaq ki, bizim yanımızda böyük bir zülm var. Uşaqlar öldürülməsin, konfet yeyə bilsinlər... Gözəl qızımız Ada da söylədi... Bununla bağlı 2-3 cümlə paylaşaq lazımdır. Ürəkdən ürəyə böyük bir güc... Uşaqların itmiş uçurtmalarını tapmaq əvəzinə, peyk və təyyarələrlə bomba atırlar uşaqların üzərinə. Doğrudan da biz bu azad ölkədə uşaq böyüdürük. Ölkəmizdə çox xoşbəxtik, amma lap yanımızda bacı-qardaşlarımız və onların uşaqları var. Fələstində edilənləri unutmayaq. Xahiş edirəm, unutmayaq. Bu, bizim borcumuzdur. Qoy həyat davam etsin, həyata yapışaq, amma o uşaqlar da konfet yesinlər" deyib.

Madriqal musiqi qrupunun nağara ifaçısı mükafatı qəbul edərkən Qəzzadakı müharibəyə toxunaraq, “Elə uşaqlar var ki, istedadlarını dərk etmədən dünyasını dəyişib” deyə bildirib.

Oxunma sayı 327