"Aşqabad görüşü ölkələrimiz arasında əlaqələrin güclənməsinə töhfə verəcək. Açığını desəm, bu vəziyyətdən sonra prezidentlər arasında görüşün belə tez keçiriləcəyini gözləmirdim. Amma Aşqabadda baş tutan görüş qarşılıqlı təmasların təməlini qoydu və dövlətlərimiz arasında əlaqələrin daha da genişlənməsinə stimul verəcək".
Bu sözləri Hafta.az-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib. Diplomat bildiirb ki, bu gün iki ölkə arasında çox məsələ var ki, həllini gözləyir. Bu baxımdan ilk görüşü başlanğıc saymaq olar. "Ehtiyac duyulan çox sayda iqtisadi layihələri həyata keçirmək lazımdır. Hətta deyərdim ki, onları icra və inkişaf etdirmək üçün yönləndirilməyə ehtiyac var. Mən bu fikrimi hər zaman, hətta Azərbaycanda səfir olanda da demişəm. Mövqeyim budur ki, bu iki qardaş ölkə iqtisadi sferada maksimum əməkdaşlıq etməlidir. Çünki iqtisadi birlik yaransa, bu, mədəni əlaqələrin də inkişafını sürətləndirər", - deyib Ə.Süleymani.