"Azərbaycan əsgərlərini güllələyəcəyik, Ermənistana yeni yol çəkəcəyik" - ANTİTERROR ƏMƏLİYYATI YAXINLAŞIR

20:39 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Laçın yolu üzərində sərhəd nəzarət buraxılış məntəqəsinin qoyulması Qarabağdakı separatçıları qorxuya salıb.

Hafta.az bildirir ki, artıq onlar arasında qarşıdurma pik həddinə çatıb. Hətta bəziləri Azərbaycan əsgərlərini "güllələyəcəyi" ilə bağlı "sərsəm bəyanatlar" belə verməyə başlayıblar.

Separatçı rejimin "keçmiş təhlükəsizlik katibi" Samvel Babayan "dövlət naziri" təyin edilməsi üçün təbliğata başlayıb. Onun vədləri isə Azərbaycanın Xankəndidəki şər yuvasını birdəfəlik yox etmək üçün antiterror əməliyyatlarını daha da yaxınlaşdırır. Separatçının səsləndirdiyi bəyanatlardan bəzilərinə fikir verək:

"Qarabağdan Ermənistana yeni yol çəkəcəm. Qarabağa yol danışıqlar yolu ilə açılmamalıdır. Müharibədən sonra Ermənistan və Azərbaycan yolun özlərinə aid hissəsini tikib. Biz isə yox. Biz öz hissəmizi inşa edəcəyik".

O yolun tikintisini necə təsəvvür etdiyini də açıqlayıb. "Bakıda nə yazacaqlar, yol çəkə bilərsiniz? Biz də onlara atəş açacağıq, maneələr quracağıq. Bizimkilərdə ağıl olmadığı üçün nə etmək lazım olduğunu bilmirlər, qorxurlar. Öz üzərinə məsuliyyət götürən biri gəldikdə atəş açmağın nə olduğunu görəcəkldər".

Beləliklə, tək bir buraxılış məntəsi separatçıların əsl mahiyyətinin nədən ibarət olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

Siyasət rubrikasından digər xəbərlər