"Azərbaycan qazın dünya bazarına çıxarılması üçün tranzitə çevrilə bilər" - İranlı diplomat

17:10 30.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan ərazisi qazın dünya bazarına çıxarılması üçün tranzitə çevrilə bilər. Bunun üçün xatırlayırsınızsa, Trans-Xəzər layihəsinin icrasından söhbət gedirdi, amma ekoloji fəsadları, daha çox xərc tələbi və sair nəzərə alınaraq hələ də qalır. Amma Türkmənistan qazının İran ərazisindən keçməklə Azərbaycana və buradan da hazır kəmərlər vasitəsilə Avropaya nəqli mümkündür".

Bu sözləri Hafta.az-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib. O bildiirb ki, bu müstəvidə geosiyasi və geoiqtisadi layihələri birləşdirmək çox əla nəticə verə bilər. "Bilirsiniz ki, uzun müddətdir İrana qarşı tətbiqlənən sanksiyalar onun bəzi imkanlarını məhdudlaşdırıb. Dünyanın ikinci iri qaz ehtiyyatlarına malik olan İran bu gün az-çox Türkiyəyə qaz satır. Hansı ki, bu müqavilə də 2025-ci ildə başa çatır. Sonradan İran istədi ki, “Sülh” adlı qaz kəməri çəksin Pakistana, amma ABŞ maneə yaratdığı üçün bu layihə də yarımçıq qaldı. Əgər bu kəmərin tikintisi yubadılmasaydı, gələcəkdə Pakistan ərazisindən Hindistana qədər uzadılacaqdı. Pakistanla Hindistan arasında problemlərin olması səbəbindən kəmərin adı “Sülh” adlanırdı...", - diplomat bildiirb.

Ə.Süleymani deyib ki, ola bilər sanksiyalar aradan qaldırıla, İran özü qaz sata dünyaya və bu zaman tranzit ölkə olaraq yenə də Azərbaycan seçilə bilər. Çünki bu gün İran qazının Avropaya kəmərlə daşınması üçün iki əsas variant var: Türkiyə və Azərbaycan. Hər iki ölkənin hazır qaz daşıyıcı strukturu mövcuddur. "Mən bir faktı da diqqətinizə çatdırım ki, bu gün İranın neft-qaz infrastrukturunu ayağa qaldırmaq üçün minimum 200 milyard dollar nağd sərmayəyə ehtiyac var. İranın Xorasan əyalətinin təbii qaza olan ehtiyacı Türkmənistandan idxal olunan qaz hesabına ödənilir. Əgər türkmən qazı İran ərazisindən keçməklə Azərbaycana nəql olunarsa, o zaman Tehran Xorasan üçün alınan qaza verdiyi pulun əvəzinə tranzit haqqından vaz keçər. İranın burda qazancı bu olar ancaq", - deyib keçmiş diplomat.