"Azərbaycan və Türkiyə prezidentlərinin uzatdığı sülh əli İrəvan üçün son şansdır" - Hulusi Akar

12:25 04.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"44 günlük hərbi əməliyyatlarda Azərbaycandakı qardaşlarımız işğal altındaki torpaqlarını qurtardı. Bu prosesdə türk xalqı və hökuməti azərbaycanlı qardaşlarımızla tək ürək oldu. Bu gün də hərbi heyətimiz Birgə Nəzarət Mərkəzində ruslarla birlikdə çalışır".

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib. Nazir qeyd edib ki, atəşkəsin pozulma hallarını, sərhədlərə nəzarəti ciddi şəkildə diqqətdə saxlayırlar. "Azərbaycanlı qardaşlarımıza hərbi təlimlər verir, onlara sözçülük də edirik. Xəzər dənizi və Qara dəniz hövzələrində sülh və sabitliyin bərqərar olması bizi və azərbaycanlı qardaşlarımızı yaxından maraqlandırır. Hörmətli prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən üzadılmış sülh əlinin Ermənistan tərəfindən düzgün anlaşılması vacibdir. Bu son fürsətdir. Sülh anlaşması imzalanarsa, bu bütün Qafqaza rahatlıq gətirər. Bu bölgənin təhlükəsiz və rahat vəziyyətdə olması isə hamının marağındadır" deyən H.Akar qeyd edib ki, sülh müqaviləsindən sonra da bölgənin rifahı üçün yeni addımlar atıla bilər. Bunun üçün prezidentlərin də işarə etdiyi kimi, Azərbaycan-Ermənistan üstəgəl Rusiya-Türkiyə və yenə üstəgəl İran, Gürcüstan, yəni 3+3 formulu işə düşər ki, nəticədə Qafqazda daimi sülh bərqərar olar. 

Oxunma sayı 416
Siyasət rubrikasından digər xəbərlər