"Məqsəd həm də istehsalın məhsuldarlığını və keyfiyyətini artırmaqdır"

12:00 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son on ildə aqrar sahədə genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstəyi mexanizmləri gücləndirilib, kənd təsərrüfatının ənənəvi sahələri üzrə istehsal və ixrac imkanları genişlənib.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, suvarma infrastrukturunun yenilənməsi, aqroparkların yaradılması və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi bu istiqamətdə mühüm rol oynayıb.

N. Əmirov çıxışı zamanı vurğulayıb ki, yeni mərhələdə əsas məqsəd istehsalın sadəcə həcmini deyil, məhsuldarlığı və keyfiyyəti artırmaq, aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirməkdir.