Pakistanın baş naziri İmran Xanın Milli təhlükəsizlik üzrə köməkçisi Muid Yusif deyib ki, Kəşmirdə ancaq əlverişli şərait yarandığı halda Hindistanla diqaloqa gedəcəklər.
Hafta.az-ın yazdığına görə, hazırda Avropanın gğrmək istədiyi bir Hindistanla mübarizə aparmırlar, qarşılarında millətçi siyasət yürüdən bir dövlət dayanıb. "Şəxsən mən Pakistanla Hindistan arasında sülhün yaranmasının tərəfdarıyam. Bu barədə fikrim yazılı şəkildə yayımlanıb, tədbirlərdə də sözümü demişəm. Təxminən 15 aydır indiki vəzifəmdə çalışıram, bu müddətdə hər fürsətdə Pakistanı qaralayan, hər bir günahı Pakistanın adına yazmağa cəhd göstərən, millətçi-parçalayıcı siyasət yürüdən bir Hindistanla qarşılaşmışam" deyən M.Yusif təəssüflə əlavə edib ki, Hindistan bu gün özünü sözün əsl mənasında quldur aktyor kimi aparır. Məhz bunun nəticəsidir ki, hazırda Dehli hökumətinin Çin, Banqladeş, Şri Lanka və Nepalla münasibətləri pisləşib. Üstəlik, Hindistan tərəfi Əfqanıstanda da araqarışdırıcı işlərlə məşğuldur - Pakistanın bu ölkədəki nüfuzunu zədələməyə səy göstərir.
"Pakistanın baş naziri İmrah Xanın ən böyük hədəfi bölgədə hamı üçün sülh şəraiti yaratmaqdır. Bölgədə sülh yaranmadan iqtisadi müstəvidə uğurlar qazanmaq mümkünsüzdür. Bizim ölkəmiz sülhün yanındadır. Əgər sülh istəyirsinizsə, biz bir addım da irəli getməyə hazırıq. Hesab edirəm ki, sülh istəyən hər kəs idealogiyanı bir kənara atmalıdır. İşğal altındakı Kəşmir, orada yaşayan insanlar üçün sanki açıq havada yaradılmış həbsxanadır. Orada insanlarla insan gkimi davranmırlar", - deyib M.Yusif. O, əlavə edib ki, Kəşmirlə bağlı BMT TŞ-nın məlum qərarları var və Pakistan dövləti də çözüm üçün məhz həmin qərarları əsas götürür.
Kəşmirin humanitar problem olduğunu və günümüzdə artıq faciəyə çevrildiyini deyən M.Yusif əlavə edib ki, Pakistan, Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququ tanınıncayadək kəşmirlilərə arxa dayanacaq. "5 fevral tarixi Kəşmirlə Həmrəylik Günü kimi qeyd olunur və bu gün bütün Pakistanın yeganə məsələsi ancaq Kəşmirdir.
Kəşmir probleminin bir gecədə həll olunmayacağını hər kəsin bildiyini deyən M.Yusif, Hindistanın hər gün Qərb mediasında Pakistanı gözdən salan məqalələr dərc etdirir. Buna baxmayaraq, BMT-nin baş katibi Antonio Guterres iki vacib açıqlama verib, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası qəti mövqe sərgiləyib və BMT TŞ 2019-ci ul avqustun 5-dən bu yana 3 dəfə müzakirə keçirib.
"Hindistan nəticənin nə olduğunu çox yaxşı bilir. Pakistan sülh və dialoqa tərəfdardır. İrəli getmək üçün yeganə yol dialoqdur. Kəşmirdə bunun üçün əlverişli şərait yaranmalıdır. Bunun üçün isə Hindistanın kamil ölkələrin dayandığı yerə qayıtması, quldur dövlət obrazı yaratmaqdan vaz keçməsi lazımdır", - deyib M.Yusif.
M.Yusif Türkiyə - Pakistan - Azərbaycan Xarici İşlər Nazirlərinin görüşünə də toxunub. Deyib ki, həmin görüş mükəmməl düşünülmüşdü. "Nazirlər liderlərimizlə görüşdülər və üç ölkə qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək barədə qərara gəldilər. Türkiyə, Pakistan və Azərbaycan keçmişdə birlikdə işləyiblər, yaxşı və sağlam əlaqələr yarada biliblər. Nəticədə də, istər Türkiyə, istərsə də Pakistan Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana sözün əsl mənasında diplomatik dəstək verdilər" deyən M.Yusif əlavə edib ki, sözügedən üç dövlətin müttəfiqliyi hər hansı üçüncü ölkəyə qarşı deyil, məqsəd öz aralarında iqtisadi əlaqələri gücləndirmək və sərmayə qoyuluşunu artırmaq kimi hədəflərə çatmaqdır.