Yazını böyüt
Yazını kiçilt
Cənubi Kaliforniyanın Viktorfil hava limanında "Boeing 737 MAKS" təyyarələrinin “məzarlığı” aşkar edilib.
Hafta.az xəbər verir ki, bu barədə “Daily Mail” informasiya yayıb.
Məlumata görə, hava limanında “Southvest Airlines” şirkətinə məxsus 35 ədəd "Boeing 737 MAKS" təyyarəsi saxlanılıb. Sözügedən təyyarələr "Boeing 737 MAKS" modelinin səbəb olduğu qəzalardan sonra bu modelin uçuşlarının qadağan edilməsinə görə “məzarlıq”da saxlanılıb. Onların ən azı bu ilin noyabrına qədər uça bilməyəcəyi qeyd edilib.
Xatırladaq ki, hazırda “Boeing” şirkəti sözügedən təyyarələrin proqram təminatının yenilənməsi üzərində çalışır.