"Cənab Putin Qarabağ kimin nəzarətində olmalıdır?!" - Millət vəkilindən etiraz

17:09 01.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Soçidə keçirilən üçtərəfli görüş çox gərgin şəraitdə keçdi. Bu gərginliyin yaranmasına səbəb bir neçə gün öncə Rusiya Federasiyasının prezidenti Putinin və Praqa görüşündən sonra Ermənistanın baş naziri Paşinyanın Qarabağla bağlı, Ermənistan-Azərbaycan arasındakı münasibətlər, Xankəndində keçirilən mitinq teatrı ilə bağlı verdiyi bəyanatarla bağlıdır.

Bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib:

"Bu gedişat onu göstərir ki, Putin Cənubu Qafqazda, xüsusən də Ermənistanda özünün mövqeyini itirməmək, nüfuzunu saxlamaq üçün xoşagəlməz hərəkətlər edə bilər. Necə ki, Valdayda bəyan elədi ki, “istəyirsiniz Vaşinqton variantını qəbul edin, bir söz demirəm, amma o variantda nəzərdə tutulur ki, Qarabağ Azərbaycanın nəzarətində olsun”. Maraqlıdır, cənab Putin Qarabağ kimin nəzarətində olmalıdır?! Qarabağ sənin ərazində deyil, sənin ərazindəki muxtariyyatlardan biri deyil, Qarabağ Azərbaycanın ərazisidir. Sən bunu deməklə, həm 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsini pozursan, həm 11 yanvar 2021-ci il bəyannaməsini pozursan, həm də 22 fevral 2021-ci ildə Azərbaycanla imzaladığınız müttəfiqlik haqqında sazişi pozursan. Sən özün öz imzana hörmətsizlik, xəyanət edirsən.

Siyasət rubrikasından digər xəbərlər