"Dindar" qadın xəstə qızını həkimə aparmadı VƏ...

17:30 17.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Tuvumba şəhərində dindar qadın xəstə qızını müalicə etdirməkdən boyun qaçırdığı üçün 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Hafta.az ABC News-a istinadla xəbər verir ki, 46 yaşlı 8 uşaq anası 6 yaşlı qızı xəstələnərkən həkimə müraciət etməyib. Qız 6 həftə boyuncv müxtəlif simptomlardan əziyyət çəkib. Atası onu yalnız huşunu itirdiyində həkimə aparıb. Həmin vaxta qədər uşaq 13,4 kiloqram imiş. Həkimlərin diaqnozuna görə, 6 yaşlı uşaq 1-ci dərəcəli diabetdən əziyyət çəkib və ölümün bir addımlığında olub. 

Qadını qızının həyatını risk altına atdığı üçün həbs ediblər. O, məhkəmədə özünü "allahın qızı" adlandırıb. Övladlarını heç vaxt həkimə aparmadığını, bunu "Allahın onlara sağlam həyat vəd etməsi" ilə əsaslandırıb. 

Hakimin sözlərinə görə, məhkum özünü günahkar saymayıb.