"Hazırda feminizm sözündən bir virus kimi istifadə edirlər" - Müzakirə

16:40 23.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illərdə dünyada feministlərin sayı artmaqda davam edir. Bu tendensiya Azərbaycandan da yan keçmir. Sosial şəbəkələrdə feministlər öz ətrafına yetərincə insan kütləsi toplaya biliblər. Feminist düşüncə isə bəzən insanlarda qıcıq, aqressiya doğura bilir.

İlk öncə feminizim nədir sualına cavab axtaraq:

Feministlər...

Feminizm qadınla kişi arasındakı bərabərsizliyi araşdıran və bu bərabərsizliyin səbəblərini öyrənən bir nəzəriyyədir. Feminizm qadın-kişi ayrıseçkiliyinə qarşı çıxaraq cinslər arasındakı siyasi, iqtisadi və ictimai bərabərliyi müdafiə edən bir yanaşmadır. Ayrıca, qadınların yalnız qadın olduqlarına görə qarşı-qarşıya olduqları təzyiqi araşdıran bir nəzəriyyə olaraq hər sinifdən, irqdən, millətdən və dindən qadının bu problemlərlə qarşılaşdığını ifadə etməkdədir.

Feminizm anlayışı Bioloji olaraq kişi və ya qadın olmaq ilə ictimai olaraq kişi və ya qadın olmaq arasındakı uçurum, feminizmin ortaya çıxışının təməl səbəbidir. Qadın işləri sahəsi, qadınların necə əzildiyi, buna baxmayaraq necə var olduğu və bununla baş etməyi necə bacardığı; bu mübarizələrin tarixi, yəni cinsiyyətə söykənən əzilmək, bu günə qədər necə davam etdiyini anlamağa çalışmaq olaraq təyin oluna bilər.

Feminizm hansı halallara yol aça bilər. İlk öncə onu deyək ki, bir qrup radikal feministlər qadın azadlığını şüar edirlər. Guya ki, cəmiyyətdə feminizm inkişaf edərsə, qadınlara qarşı zorakılıq, təcavüz hallar azalacaqdır. Qanunlara görə kişi və qadın haqları bərabərdir. Ancaq qadınların aşırı azadlığ hissi, ərgən yaşına çatmış qız uşaqlarında alkoqollu içkilər, narkotik kimi meyilliyi artırır,bir çox hallarda əxlaqsız yuvalarının sakinlərinə çevrilı bilirlər.

Mövzu ilə bağlı hafta.az-a danışan psixoloq Fərqanə Mehmanqızına görə, Azərbaycanda feminizm sözü düzgün qavranılımayıb. Bir-iki adam başa düşübsə, çoxluğun “feminizm” anlayışından xəbərləri yoxdur:

“Əgər feminizm düzgün qavranılarsa, cəmiyyət üçün mənfi tərəfi ola bilməz. Tarixə qayıtsaq görərik ki, qadın hüquqlarını bərpa etmək üçün bu anlayış yaradılıb. Feminizm mənfi istiqamətdə aşılanarsa, siz dediyiniz kimi, gələcəkdə yeniyetmə qızlar üçün yaxşı hal olmaya bilər. Bizim mentalitetimizin kökü düzgün qurulduğu üçün, feminizm faciələrə gətirib çıxarması hələki uzaq görünür. Cəmiyyətin bir-birinə qarşı olan aqressiyasının kökündə səhv yönləndirmə var. Sağlam şəxsiyyət yetişdirilərsə “azadlıq” deyilən, əslində səhv başa düşülən azadlığa ehtiyac olmaz. Azərbaycanda hər zaman qadınlara üstünlük verilib. Qadınlara hömrət olunub, Azərbaycan kişisi avtobusda, küçədə, işdə, təhsil müəssisələrində hər zaman qadınlara qarşı həssas davranıblar. Bizim cəmiyyətdə qadına olan hörmət, dünyanın çox yerlərində yoxdur. Bəli, aqressiya da var. Qadına qarşı təcavüz halları da var. Bunlar istisnadır. İnsanların olduğu yerdə belə nöqsanlar hər zaman olub. Keçmişdə bir qadının yaylığının savaş arasına atılması qan bağlayırdı. Bu o demək idi ki, bir qadına olan böyük həssaslıq, hörmətdir. Belə olan halda feminizmdən danışmaq olarmı? Tarixi şəxsiyyətlərdə xan, xanın xanımı anlayışı var idi. Bu hörmətin subut və dəlilidir”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu məsələyə daha çox diqqət vermək lazımdır, bu problem sosial mediada da yüksək xətlə inkişaf edir:

“Femiznizm xatirinə feministlik göstərmə yaxşı hal deyil. Gələcək üçün heç nə yaxşı vədlər vermir. Azərbaycanlı olaraq buna münasibətimiz olmalıdır. Sosial sferada çoxlu feministlər var. Qarşımızda duran əsəs məsələ ailə institutunu qorumaqdır. Azərbaycan ailəsi tarix boyu bu qədər böyük problemlər içərisində olmayıb. Qalan ailələrin də 50 faizi gərginlik içində yaşayır. Elə bir şəraitdə yalnız feminizmi qabartmaq faciəni bir qədər də artırır. Buna kompleks yanaşmalıyıq. Ailəni xilas etməliyik. O zaman məlum olacaq kişinin rolu nədən ibarətdir, qadının rolu nədən ibarətdir. Yalnız belə imic yaranıb ki, kişilərimiz vəhşidir, qadınlara qarşı şiddət göstərirlər. Bəli, bu gün şiddət göstərən kişilər də vardır. Niyə bu vəziyyət yaranıb, bunu araşdırmaq lazımdır. Nəyin hesabına bu yaranıb, araşdırmaq mütləq gərəkdir”.

“Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova isə dedi ki, ailələrdə vəzifə bölgüsü var, azadlıq da deyəndə o demək deyil ki, hamı özbaşınalıq edir:

“Feminist deyəndə cəmiyyət niyə zorakılıq, qarşıdurma başa düşür ki...?Nədən qorxurlar? Feminizm deyəndə qadın və kişinin bərabərhüquqlu olmasından söhbət gedir. Bunu bayraq etməyə gərək yoxdur. Əksinə feminizə qarşı çıxmaq qadın hüquqlarına qarşı çıxmaq deməkdir. Biz demirik gedib radiakal formada özlərini göstərsinlər. Burada qadın və kişilərin cəmiyyətdəki hüquqlarından danışılır. Feminizm sözünü hazırda bir virus kimi istifadə edirlər. İki-üç gündür sosial mediada gedən müzakirlərə baxıram bu mövzuda narahatlıq keçirirəm. Artıq zorakılıq mövzusu müzakirə olunmur. Bu ifadəni işlədənlər açıb oxumalıdırlar. Bu gün ölkədə hamı azad gəzir."