"Heç bir maraq xalqın mənafeyindən üstün ola bilməz" - Prezident Tebbun

09:45 21.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair prezidenti Əbdülməcid Tebbun əlcəzairlilərin qazanclarını gücləndirəcəyini və sosial həyat şəraitini yaxşılaşdıracağını, bu məqsədlə gələn ilin əvvəlinə qədər maaşların artımının 47 faizə çatacağını bildirib.

Hafta.az-ın yazdığına görə, qubernatorların qarşısında çıxışında Tebbun, ölkədə keçən il 4,1 faizə çatan artım sürətinin bu il 5 faizə yüksələcəyinin proqnozlaşdırdığını söyləyib.

"Valyuta ehtiyatları 60 milyard dollardan çox artıb. İdxal hesabı şişirdilmiş əskinaslar və dövlət pullarının israfı səbəbindən yaxın keçmişdə 63 milyard dollara yüksəldikdən sonra hazırda 38 milyard dollara qədər azalıb. Ölkə iqtisadiyyatı idxala deyil, istehsala əsaslanaraq inkişaf etdirilir. Bu gün Əlcəzair aydın sosial və iqtisadi dinamikaya şahidlik edir. Bu kontekstdə 2023-cü il məhsuldarlıq, həyat səviyyəsinin yüksəldilməsi, vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi və inflyasiyanın azaldılması ili olacaq. Dövlət vətəndaşı qlobal iqtisadi nəticələrin dalğalanmasından qorumağa çalışır. Biz korrupsiyaya və talançılara qarşı mübarizə aparırıq”, - prezident Tebbun deyib.

O, Əlcəzairin "heç bir mənafenin vətəndaşların maraqlarından üstün olmadığı bir hüquq və qanun dövləti" olduğunu da vurğulayıb.

Bu çərçivədə prezident Tebbun, qubernatorların qəbul etdiyi qərarlar nəticəsində qısa müddətdə 600-700 arası mini, kiçik, orta və böyük təsərrüfat vahidlərinin yaradıldığını, yerli inkişafın sürətinin artırılmasına töhfə verdiyini, eyni zamanda dünyanın iqtisadi tənəzzülün şahidi olduğu bir vaxtda 52 min iş yeri açıldığını söyləyib. O, bu il “dövlət və qanunun himayəsi altında tarladan istehlakçıya qədər şəkər istehsal edən ilk Əlcəzair fabrikinin açılışı ilə yanaşı, ilk 100 faiz yerli süfrə yağı istehsalına başlanacağını” da açıqlayıb.

Pullarını yastıq altında saxlayanlara müraciət edən Tebbun “Evdə pul saxlayanlara son müraciət edirəm ki, pullarını banklara yatırsınlar. Dövlət öz vətəndaşlarını və ölkə iqtisadiyyatını qorumaq üçün dəfələrlə təminat verib və İslam bankçılığı ilə işləyən banklar var” bildirib.

Oğurlanmış pulların qaytarılmasına gəlincə, prezident böyük sərvətin yalnız bir ailədə olduğunu bildirdi. “Əlcəzair xalqı talan edilmiş pullarını geri almaq üçün son dərəcə yüksək rəqəmləri tələb edir. Yalnız bir ailədə 500 milyard təsbit edildi” deyən prezident həmçinin bildirib ki, hökumət korrupsiya və korrupsionerlərlə mübarizə aparır. 

Tebbun çıxışınının sonunda “2023-cü ilin məhsuldarlıq, həyat səviyyəsinin və vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi, inflyasiyanın azaldılması ili olacağını” bir daha vurğulayıb.