"Kiçik fermerlər və həyətyanı suvarma üçün tariflər aşağı olmalıdır”

09:55 13.03.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Su tariflərin diferrensiallaşdırılması yeni bir ideya deyil. Məsələn, istehsal və içmək məqsədləri, eləcə də suvarma üçün götürülən suların qiymətləri müxtəlifdir".

Bunu Hafta.az-a açıqlamasında su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib. Ekspertin fikrincə, su tariflərin diferrensiallaşdırılması vacibdir:

"Hesab edirəm ki, suvarma suyu verilərkən iri şirkətlərə, xüsusilə 50 ha-dan çox əkilən ərazilərə daha yuxarı tariflər təyin etmək lazımdır. Kiçik fermerlər və həyətyanı suvarma üçün isə tariflər aşağı olmalıdır”.