"Laçın şəhərində kanat yolu gələn il hazır olacaq" - PREZİDENT

13:48 21.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Laçın şəhərində kanat yolu, yəqin ki, gələn il hazır olacaq".

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib.

"İkinci kanat yolu Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu isə Kəlbəcərdə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.