Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.
Hafta.az-ın məlumatına görə, ilk oyun gününə 2 matç nəzərdə tutulub.
"Sumqayıt" doğma meydanda "Keşlə"ni qəbul edib. Oyunda qol vurulmayıb.
"Səbail" isə "Neftçi"nin qonağı olub və oyundan məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, 7-ci tura sabah oynanılacaq 2 qarşılaşma ilə yekun vurulacaq.
5 oktyabr (şənbə)
“Neftçi” – “Səbail” - 2:1
Qollar: Stiven Monroz, 41 (1:0), Anton Krivotsyuk, 43 (2:0), Ağabala Ramazanov, 81 (2:1)
“Bakcell Arena”
“Sumqayıt” – “Keşlə” - 0:0
“Kapital Bank Arena”
6 oktyabr (bazar)
18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Tofiq Bəhramov adına Respublika Stadionu