Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hafta.az bu barədə FHN-ə isinadən bildirir.
Məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik və “КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.