Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.
Hafta.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında "Qəbələ" "Zirə"nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Digər oyunda isə lider "Qarabağ" "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bununla da, Ağdam klubu ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.
6 oktyabr (bazar)
“Qarabağ” – “Sabah” - 2:0
Qollar: Qeye, 17, Abbas Hüseynov, 51
Tofiq Bəhramov adına Respublika Stadionu
“Zirə” – “Qəbələ” - 1:1
Qollar: Ülvi İsgəndərov, 64 (0:1), İlkin Muradov, 67 (1:1)
Zirə İdman Kompleksinin stadionu